Yanvarda və fevralda həmişə belə olur, yorulurlar
"Barselona”nın futbolçusu Andres İnyesta İspaniya çempionatının 23-cü
turunda "Xetafe” ilə keçirilən oyundan (0:0) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, İnyesta komandada yorğunluq olduğunu deyib.
O, bütün turnirlərdə iştirak etdikləri üçün belə alındığını vurğulayıb:
"Yanvarda və fevralda həmişə belə olur. Biz bütün turnirlərdə iştirak
edirik ki, bu da yorğunluğa səbəb olur.
"Xetafe”nin müdafiə olunmaq qabiliyyətinə gəldikdə isə hesab edirəm
ki, belə komandalar hücumda nəyəsə nail olmaq şanslarını heçə endirirlər.
Belə oyunlarda sual bu tərzdə qoyulmalıdır: biz necə oynadıq? Final
fitinə qədər mübarizə apardıq və qələbə qazanmaq üçün hər şey etdik”.
"Barselona” artıq dalbadal 2-ci oyundur ki, çempionatda qol vura bilmir.