• çərşənbə axşamı, 23 aprel, 17:58
  • Baku Bakı 24°C

Yanvarda və fevralda həmişə belə olur, yorulurlar

12.02.18 13:40 1235
Yanvarda və fevralda həmişə belə olur, yorulurlar
"Barselona”nın futbolçusu Andres İnyesta İspaniya çempionatının 23-cü turunda "Xetafe” ilə keçirilən oyundan (0:0) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, İnyesta komandada yorğunluq olduğunu deyib. O, bütün turnirlərdə iştirak etdikləri üçün belə alındığını vurğulayıb:
"Yanvarda və fevralda həmişə belə olur. Biz bütün turnirlərdə iştirak edirik ki, bu da yorğunluğa səbəb olur.
"Xetafe”nin müdafiə olunmaq qabiliyyətinə gəldikdə isə hesab edirəm ki, belə komandalar hücumda nəyəsə nail olmaq şanslarını heçə endirirlər.
Belə oyunlarda sual bu tərzdə qoyulmalıdır: biz necə oynadıq? Final fitinə qədər mübarizə apardıq və qələbə qazanmaq üçün hər şey etdik”.
"Barselona” artıq dalbadal 2-ci oyundur ki, çempionatda qol vura bilmir.
banner

Oxşar Xəbərlər