AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yanvarda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 712,1 manat olub

Yanvarda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 712,1 manat olub

İqtisadiyyat
25 Mart 2020, 11:45 789
Yanvarda ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 27,8 faiz artaraq 712,1 manat təşkil edib.
 
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əməkhaqqı neft-qaz sektorunda 3407,6 manat, qeyri neft-qaz sektorunda 653,5 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 608,5, özəl müəssisələrdə isə 845,4 manat təşkil edib. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.