• cümə axşamı, 28 mart, 23:28
  • Baku Bakı 13°C

Yanvarda 400 dollar yatırdı, iyunda 100 min götürdü

14.06.19 14:30 809
Yanvarda 400 dollar yatırdı, iyunda 100 min götürdü
Missuridən olan xokkey həvəskarı pul qoyuluşu edərək xeyli qazanc əldə edib.
Kaspi.az xəbər verir ki, Skott Berri yanvar ayında MXL-in qalibinin "Sent-Luis” olacağına 400 dollar yatırım edib. Həmin vaxt "Sent Luis” müntəzəm çempionatda sonuncu yerdə olub və komandanın MXL-də qələbə qazanma əmsalı 250 olub.
Amma sensasiya baş verib və "Sent-Luis”Stenli Kubokunun finalında "Boston”u məğlub edərək çempion olub. Skort Berri buna görə 100 min dollar qazanıb. Qalib şəxs açıqlama verib:
"Bu yatırımı edəndə dostlarım dedilər ki, aman Allah, bu ki, ən zəif komandadır. Mən isə dedim ki, bu, xokkeydir, hər şey ola bilər”.
"Sent-Luis” tarixi ərzində ilk dəfə Stenli kubokunu qazanıb.
banner

Oxşar Xəbərlər