Yanvar-noyabr aylarında 50,2 min nəfər işlə təmin edilib
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2018-ci
ilin 11 ayında ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50211
işsiz və işaxtaran şəxs işlə təmin
edilib.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən
nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ildə 7,3 minədək
şəxs cəlb olunub. Onlardan bu günədək artıq 2,7 min şəxsə proqram çərçivəsində
mal və materiallar verilərək kiçik ailə təsərrüfatları yaradılıb.
İşçi qüvvəsinin
rəqabət qabiliyyətinin artırılması məqsədilə işsiz və işaxtaran şəxslər üçün
peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilib. Bu ilin
yanvar-noyabr aylarında nazirliyin xətti ilə 2704 nəfər (o cümlədən Dövlət Məşğulluq
Xidməti tərəfindən 2468 nəfər, nazirlik yanında
Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin
Peşə Reabilitasiya Mərkəzi tərəfindən 236 nəfər) peşə hazırlığı kurslarına cəlb edilib.
Kurslarda əmək
bazarının tələblərinə uyğun peşələr öyrədilib və kursları bitirən şəxslərə peşə
şəhadətnamələri verilib.