• cümə, 29 Mart, 02:47
  • Baku Bakı 7°C

Yanvar-mart aylarında ölkə sənayesində 10 milyard manatlıq məhsul istehsal edilib

15.04.17 12:15 633
Yanvar-mart aylarında ölkə sənayesində 10 milyard manatlıq məhsul istehsal edilib
2017-ci ilin yanvar-mart aylarında ölkə sənayesində 10 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2 faiz artıb, neft sektorunda isə 8,3 faiz azalıb.
Sənaye məhsulunun 71,8 faizi mədənçıxarma sektorunda, 22,6 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
banner

Oxşar Xəbərlər