• şənbə, 20 Aprel, 02:21
  • Baku Bakı 15°C

Yanvar-iyul aylarında 1304 minik avtomobili istehsal olunub

22.08.19 09:00 13384
Yanvar-iyul aylarında 1304 minik avtomobili istehsal olunub
Cari ilin yanvar-iyul aylarında 1304 minik avtomobili istehsal olunub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 161,5 milyon manatlıq məhsul istehsal edilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 13,6 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 28,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 7,5 faiz azalıb.
Dövr ərzində 837 ədəd traktor, 1304 ədəd minik avtomobili istehsal olunub.
banner

Oxşar Xəbərlər