• çərşənbə axşamı, 16 aprel, 17:25
  • Baku Bakı 19°C

Yanvar-aprel aylarında ümumi daxili məhsul istehsalı 20139,8 milyon manat təşkil edib

18.05.17 10:50 1068
Yanvar-aprel aylarında ümumi daxili məhsul istehsalı 20139,8 milyon manat təşkil edib
2017-ci ilin yanvar-aprel aylarında ölkədə ümumi daxili məhsul istehsalı 20139,8 milyon manat təşkil edib, əhalinin hər nəfərinə düşən ÜDM 2075,5 manata bərabər olub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artıb, neft-qaz bölməsində isə 6,7 faiz azalıb. Bu dövrdə ümumi daxili məhsulun 8975,7 milyon manatı sənayedə, 2215,0 milyon manatı ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 1660,4 milyon manatı tikintidə, 1461,2 milyon manatı nəqliyyat və anbar təsərrüfatı, 602,6 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 583,2 milyon manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 350,9 milyon manatı informasiya və rabitə sahələrində, 2815,5 milyon manatı digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə 1475,3 milyon manat təşkil edib.
banner

Oxşar Xəbərlər