• çərşənbə, 24 Aprel, 10:17
  • Baku Bakı 13°C

Yanvar-aprel aylarında 2670,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb

15.06.17 15:30 975
Yanvar-aprel aylarında 2670,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 93 ölkəyə məhsul ixrac olunub, 148 ölkədən idxal olunub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2017-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 7000,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4835,8 milyon dollar, idxalın dəyəri 2165,0 milyon dollar təşkil edib, nəticədə 2670,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,8 faiz artıb, real ifadədə isə 15,2 faiz, o cümlədən ixrac 6,8 faiz, idxal 27,6 faiz azalıb.
Ticarət dövriyyəsinin 39,4 faizi Avropa İttifaqı ölkələri, 12,1 faizi MDB üzvü dövlətləri, 48,5 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.
İxracın dəyərinin 23,2 faizi İtaliyaya, 10,8 faizi Türkiyəyə, 5,4 faizi Çinə, hər biri 5,2 faiz olmaqla Portuqaliya və İsrailə, 4,9 faizi Tayvana (Çinin əyaləti), hər biri 4,4 faiz olmaqla Almaniya və Kanadaya, 4,3 faizi Gürcüstana, hər biri 3,4 faiz olmaqla Rusiya və Hindistana, qalan 25,4 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.
İdxal olunmuş məhsulların dəyərinin 18,8 faizi Rusiyanın, 16,6 faizi Türkiyənin, 9,8 faizi Çinin, 5,0 faizi Almaniyanın, 4,5 faizi Ukraynanın, 4,4 faizi ABŞ-ın, 3,8 faizi İtaliyanın, 3,7 faizi Birləşmiş Krallığın, 3,3 faizi İranın, 2,5 faizi Qazaxıstanın, 1,8 faizi Fransanın, 25,8 faizi isə digər ölkələrin payına düşüb.
2017-ci ilin yanvar-aprel aylarında 408,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 22,6 faiz, real ifadədə isə 20,5 faiz çoxdur.
Yanvar-aprel aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 62,3 faiz, təzə tərəvəz 74,6 faiz, tütün 49,5 faiz, çay 22,1 faiz, meyvə və tərəvəz şirələri 49,0 faiz, təbii üzüm şərabları və üzüm suslosu 15,0 faiz, meyvə və tərəvəz konservləri 14,0 faiz, polietilen 0,3 faiz, pambıq lifi 5,8 dəfə, bentonit gili 3,4 dəfə artıb, şəkər ixracı isə 2,1 faiz, bitki yağları 2,5 faiz, kartof 27,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 21,5 faiz, emal olunmamış alüminium 31,5 faiz, qara metal borular 22,3 faiz, qara metal yarımfabrikatlar 67,0 faiz, pambıq ipliyi 37,5 faiz azalıb.
2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 2017-ci ilin yanvar-aprel aylarında təzə meyvə idxalı 10,7 faiz, çay 4,1 faiz, quş əti və onun əlavə məhsulları 2,2 dəfə, mal əti 2,2 dəfə, minik avtomobilləri 7,4 faiz, polad prokatı 6,3 faiz, hesablama maşınları, blok və qurğuları 2,4 dəfə, mebel 34,0 faiz, qara metal çubuqlar 0,3 faiz, rezin şinlər 73,1 faiz, mineral gübrələr 4,3 dəfə, qara metal künclüklər 38,4 faiz, paltaryuyan maşınlar 2,2 dəfə, məişət kondisionerləri 2,3 dəfə, yük avtomobilləri 81,1 faiz, avtobuslar 13,0 faiz artıb, buğda idxalı isə 47,6 faiz, xam şəkər və şəkər 0,9 faiz, bitki yağları 30,1 faiz, kərə yağı, digər süd yağları və pastaları 3,7 faiz, kartof 16,0 faiz, təzə tərəvəz 35,7 faiz, qara metal borular 74,6 faiz, polietilen 30,8 faiz, sement və sement klinkerləri 92,1 faiz, məişət soyuducuları 44,6 faiz azalıb.
banner

Oxşar Xəbərlər