• çərşənbə, 24 Aprel, 19:01
  • Baku Bakı 23°C

Yanukoviçin video konfrans rejimində dindirilməsini 300-dək jurnalist işıqlandıracaq

24.11.16 10:26 714
Yanukoviçin video konfrans rejimində dindirilməsini 300-dək jurnalist işıqlandıracaq
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin video konfrans rejimində dindirilməsini 286 jurnalist işıqlandıracaq
APA-nın "112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Kiyevin Svyatoşinsk rayon məhkəməsindən bildiriblər.
Məlumata əsasən, V.Yanukoviç "Berkut” xüsusi təyinatlı milis dəstəsinin 5 sabiq əməkdaşının işi üzrə şahid qismində dindiriləcək. Məhkəmənin noyabrın 25-də keçiriləcəyi planlaşdırılır.
Xatırladaq ki, 2014-cü ildə ləğv edilən "Berkut” Ukraynadakı kütləvi etiraz aksiyalarının iştirakçılarına güc tətbiq edən əsas struktur olub.
banner

Oxşar Xəbərlər