• cümə, 29 Mart, 02:41
  • Baku Bakı 7°C

Yanukoviç xalqa müraciət etdi

30.01.14 16:09 1031
Yanukoviç xalqa müraciət etdi
Ukrayna prezidenti Viktor Yanukoviç ölkə vətəndaşlarına müraciət edib.
APA-nın məlumatına görə, dövlət başçısının rəsmi saytında yerləşdirilən bəyanatda V.Yanukoviç hakimiyyətin üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyini, lakin müxalifətin vəziyyəti gərginləşdirməkdə davam etdiyini vurğulayıb.
“Üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirdik. Lakin müxalifət bəzi liderlərin siyasi ambisiyaları naminə insanları şaxtalı havada meydanda qalmağa çağırır və vəziyyəti gərginləşdirməkdə davam edir. Fikrimcə, bu doğru deyil”, - deyə prezidentin bəyanatında vurğulanıb.
banner

Oxşar Xəbərlər