• cümə, 29 Mart, 10:11
  • Baku Bakı 5°C

Yanukoviç Putinə Gömrük İttifaqına qoşulacağını vəd edib?

07.12.13 08:34 1100
Yanukoviç Putinə Gömrük İttifaqına qoşulacağını vəd edib?
APA-nın xəbərinə görə, bu barədə özünün “Twitter” səhifəsində tanınmış britaniyalı jurnalist, “The Economist” jurnalının baş redaktoru Edvard Lukas (Edward Lucas) yazıb.
Çox etibarlı mənbədən məlumat aldığını söyləyən jurnalist bildirib ki, iki ölkə arasında əldə olunan strateji razılaşmaya əsasən Rusiya Ukraynaya azı 5 milyard dollar kredit ayıracaq və bu ölkəyə təbii qazın min kubmetri üçün 200 dollar qiymət müəyyənləşdirəcək. (Hazırda Kreml Ukraynaya təbii qazı 500 dollardan baha satır.) E. Lukas qeyd edib ki, razılaşmanın bəndlərindən biri Ukraynanın yaxın gələcəkdə Gömrük İttifaqına qoşulmağa razılıq verməsi ilə bağlıdır. Söhbət 2015-ci ildə keçiriləcək prezident seçkilərinə qədər olan müddətdən gedir.
Hələlik britaniyalı jurnalistin xəbəri rəsmi təsdiqini tapmayıb. Əgər xəbər təsdiqlənərsə, Ukraynada daxili qarşıdurmanın ciddi şəkildə kəskinləşəcəyi, ölkədə fövqəladə vəziyyət elan olunacağı, hətta qan töküləcəyi və Ukraynanın real parçalanma təhlükəsi ilə qarşı-qarşıya qalacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Viktor Yanukoviç dekabrın 6-da Çindən qayıdarkən Soçidə dayanıb və Vladimir Putinlə 6 saata yaxın söhbət edib.
banner

Oxşar Xəbərlər