• şənbə, 20 Aprel, 00:00
  • Baku Bakı 15°C

Yanmış evdən əli-ayağı bağlı meyit çıxdı

07.11.14 13:17 1335
Yanmış evdən əli-ayağı bağlı meyit çıxdı
Gəncədə yanan evdədn meyit tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gecə saat 02 radələrində Gəncə şəhərinin Ü.Hacıbəyli küçəsində qeydə alınıb.
Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib. Nəticədə 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra evdə P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyiti tapılıb.
Gəncə ŞBPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
banner

Oxşar Xəbərlər