• şənbə, 20 Aprel, 10:19
  • Baku Bakı 14°C

Yankauskas: "Azərbaycan və Aİ arasında imzalanmış sənədlər təhsil və ictimai həyatın yaxşılaşdırılmasında rol oynayacaq”

20.07.18 11:45 402
Yankauskas: "Azərbaycan və Aİ arasında imzalanmış sənədlər təhsil və ictimai həyatın yaxşılaşdırılmasında rol oynayacaq”
"Azərbaycan vəAvropa İttifaqıarasında bu yaxınlarda imzalanmış sənədlər ölkədə təhsil və ictimai həyatın yaxşılaşdırılmasında aparıcı rol oynayacaq”.
APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas 16-17 iyul tarixlərində Tərtər-Bərdə rayonlarına səfər çərçivəsində deyib. K. Yankauskas bütövlükdə Azərbaycanda yaşanan müsbət dəyişikliklərə toxunaraqbildiribki,Avropa İttifaqıcəbhə bölgələrində peşə təhsili proqramlarını dəstəkləyir.
Səfər çərçivəsində Bərdə və Tərtər rayon icra başçıları ilə görüşən səfirrayonların sosial-iqtisadi vəziyyəti,qaçqınların və məcburi köçkünlərin həyat şəraiti tanış olub.Qaçqın və məcburi köçkünlərin yaşadığı bölgələrdə Aİ-nin layihələrhəyata keçirilməsinin kənd təsərrüfatı sektorunun inkişafına töhfə verəcəyi qeyd edilib.
"Ötən il Bakıya gəldim və dedim ki, Azərbaycan təkcə Bakıdan ibarət deyil. Bu məqsədlə rayonlara da səfər etmək, oradakı problemləri görüb, anlayıb, həyatıyaxşılaşdırmaq lazımdır. Bu səfərim də gələcək birgə tədbirləri müzakirə etmək üçün daha çox imkanlar açdı”, - deyə K. Yankauskas səfərin sonunda əlavə edib.
banner

Oxşar Xəbərlər