• şənbə, 20 Aprel, 13:05
  • Baku Bakı 23°C

Yanğınlar tam söndürülüb - FHN

26.07.14 10:43 1041
Yanğınlar tam söndürülüb - FHN
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi məlumata görə, Lerik rayonu Piran kəndində (rayon mərkəzindən 35 km aralı) və Lənkəran rayonu Hirkan Milli Parkının dağlıq meşə zolağı ərazisində baş vermiş yanğınlar bu gün saat 11:30-da tam söndürülüb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov APA-ya açıqlamasında bildirib ki, yanğın söndürüldükdən sonra FHN-in əraziyə cəlb edilən helikopterləri və təyyarəsi geri qaytarılıb.
Profilaktika üçün isə hazırda hadisə yerində iki yanğınsöndürən maşın növbə çəkir.
banner

Oxşar Xəbərlər