• çərşənbə, 24 Aprel, 07:35
  • Baku Bakı 13°C

Yanğından xilas olunan uşaq xəstəxanaya aparılarkən ölüb

11.10.13 14:39 1006
Yanğından xilas olunan uşaq xəstəxanaya aparılarkən ölüb
Bakıda yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Vətəndaşa məxsus ümumi sahəsi 62 kvadratmetr olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibinin övladları - 2007-ci il təvəllüdlü Nərgiz Pərviz qızı Bəşirova və 2011-ci il təvəllüdlü Murad Pərviz oğlu Bəşirov yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. N.Bəşirova xəstəxanaya aparılan zaman yolda vəfat edib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 13:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
banner

Oxşar Xəbərlər