• şənbə, 20 Aprel, 16:33
  • Baku Bakı 23°C

Yanğında ölən tələbənin BDU-da anım mərasimi keçirilib

20.05.15 11:56 2074
Yanğında ölən tələbənin BDU-da anım mərasimi keçirilib
Bu gün Bakı Dövlət Universitetində (BDU) Binəqədi rayonunda baş vermiş yanğında faciəli şəkildə həyatını itirən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Ülkər Eyvazovanın anım mərasimi keçirilib.
BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, rektor Abel Məhərrəmov bu ağır hadisədən bütün universitet kollektivinin sarsıldığını deyib. O, Ülkər Eyvazovanın tələbəlik dövründə qazandığı uğurlardan və tələbələr arasındakı yüksək nüfuzundan hüznlə söhbət açıb. Qeyd edib ki, Ülkər Eyvazova qrup nümayəndəsi və fəal ictimaiyyətçi tələbə kimi həmişə seçilib, universitetin və fakültənin həyatında aktivlik göstərib. Rektor onun və bütün vəfat edənlərin ailələrinə səbir və Allahdan rəhmət diləyib.
Sonra fakültənin dekanı Nazim Şəmilov, BDU-nun kafedra müdiri Cahangir Məmmədli, Ülkər Eyvazovanın tələbə yoldaşları adından Xədicə Abbaslı çıxış ediblər.
Sonra universitet kollektivi Ülkər Eyvazovanın və ailə üzvlərinin məzarını ziyarət edib.
banner

Oxşar Xəbərlər