Yanacaqdoldurma məntəqələri yoxlanılacaq

Yanacaqdoldurma məntəqələri yoxlanılacaq

Təfsilat
12 Dekabr 2012, 11:00 1179
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yenidən respublikanın yanacaqdoldurma məntəqələrində (YDM) yanacağın monitorinqini aparmaq niyyətindədir. Bu barədə Trend-ə komitənin rəhbəri Ramiz Həsənov bildirib.

O qeyd edib ki, bəzi vətəndaşların YDM-dəki yanacağın keyfiyyəti ilə bağlı narazılıqları müşahidə olunur.

Həsənov deyib ki, komitə tərəfindən əvvəllər aparılan monitorinqlər yanacağın keyfiyyətinə müsbət təsir edib.