• cümə axşamı, 25 aprel, 19:01
  • Baku Bakı 21°C

"Yanacaqda tarif dəyişməsilə elektromobillərə keçid sürətlənəcək" - Ekspert

05.01.21 22:00 431
"Yanacaqda tarif dəyişməsilə elektromobillərə keçid sürətlənəcək" - Ekspert
Yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti1litr üçün90qəpikdən1manata, dizel yanacağının pərakəndə satış qiymətinin isə1litr üçün60qəpikdən80qəpikə kimi artırılmasına qərar verilib.
Kaspi.az-ın məlumatına görə, iqtisadçı-ekspertAmal Həsənli bildirib ki, yanacaq tariflərinə edilən dəyişiklik dünya bazarında cərəyan edən tendensiyadan doğan zərurətdir:"Ölkəmiz dünya iqtisdiyyatına fəal şəkildə inteqrasiya olunur və orada cərəyan edən tendensiyadan kənarda qala bilməz. Belə ki, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə0,91ABŞ dolları olduğu halda, 2020-ci il dekabrın sonunda artıq1,04ABŞ dolları (1,77manat) təşkil edib. Yəni qiymət il ərzində14% artıb. Yaxın qonşularımız olan Türkiyə, Gürcüstan və Rusiyada da ötən il benzinin qiymətlərində artım müşahidə olunub. Təkcə ötən ilin noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində29% artım qeydə alınıb. Bütün bunların fonunda Azərbaycanda benzin və dizel qiymətlərinin artımı qaçılmaz idi və normal qarşılanmalıdır. Bununla belə hətta indinin özündə belə Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır”.
Onun sözlərinə görə, qiymət artımı yaxın perspektivdə yanacağın keyfiyyətində öz əksini tapacaq: "Ölkəmizdə 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur. Tarif tənzimlənməsi neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsinə şərait yaradacaq. Bu da öz növbəsində yaxın perspektivdə istehlakçıları daha keyfiyyətli yanacaqla təmin etməyə imkan verəcək. Keyfiyyətin avrostandartlara çatdırılması isə nəticə etibarı ilə yanacağı daha səmərəli edəcək və ekoloji tarazlığın təmin edilməsinə böyük töhfə verəcək”.
Ekspert hesab edir ki, qiymət artımının bir sıra müsbət mültiplikativ effektləri olacaq:"Aİ-92 markalı avtomobil benzini üzrə qiymət tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni stimullaşdıracaq. Digər tərəfdən yanacağa qənaət edən və elektrikli mühərriklə təchiz edilən avtomobillərə keçidi sürətlənəcək. Alternativ yanacaqdan istifadəyə tələbatın artması mövcud infrastrukturunun genişləndirilməsini və bu sektora əlavə investisiyaların cəlb olunmasını təmin edəcək. Məlum qiymət artımı eyni zamanda enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması və istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi istiqamətində hökümətin manevr imkanlarını xeyli artıracaq. Bu həmdə əlavə vergi daxilolmalarına gətirib çıxaracaq. Yaranan əlavə vəsait isə sosial yönümlü tədbirlərin və yeni təşviq proqramlarının maliyyələşməsinə yönələcək”. (Report)
Xatırladaq ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada orta hesabla1manat, Ukraynada 1,72 manat, Belarusda1,14manat, Gürcüstanda1,12manat təşkil edir. Dizel yanacağının qiyməti isə 1 litr üçün Türkiyədə1,44manat, Rusiyada1,12manat, Ukraynada1,72manat, Belarusda1,21manat, Ermənistanda1,19manat/litr, Gürcüstanda 1,15 manat səviyyəsindədir.
Azərbaycanda dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 02.12.2013-cü il, Aİ-92 markalı benzin üzrə isə 14.07.2017-ci il tarixlərində aparılıb.
banner

Oxşar Xəbərlər