AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yanacaq qiymətinin dəyişməsi avtomobil bazarına necə təsir edəcək?

Yanacaq qiymətinin dəyişməsi avtomobil bazarına necə təsir edəcək?

İqtisadiyyat
05 Yanvar 2021, 17:45 184
Azərbaycanda Aİ 92 benzinin və dizel yanacağının qiymətinin dəyişməsinin avtomobil qiymtlərinə ciddi təsir edəcəyini düşünmürəm.

Kaspi.az xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, yalnız dizel yanacağı ilə işləyən avtomobillərin qiymətində nisbi azalma ola bilər. Azərbaycanda avtomobil bazarının gedişatı onu deməyə verir ki, yanacaq qiyməti heç bir halda avtomobil qiymətlərinə ciddi təsir etməyib:

"Avtomobillərin qiymətinə əsasən müyyən qərarlar təsir göstərə bilər. Tutaq ki, idxala tətbiq olunan müəyyən məhdudiyytlər, vergilərin, aksiz rüsumların artırılması və s. kimi qərarlar avtomobil qiymətlərinə təsir edə bilər. Yanacaq qiymətinin dəyişməsi isə ciddi təsir etmir”. (Trend)