• cümə axşamı, 25 aprel, 11:44
  • Baku Bakı 14°C

Yanacağın qiyməti qalxacaqmı? - Açıqlama

06.11.13 11:09 1959
Yanacağın qiyməti qalxacaqmı? - Açıqlama
“Azərbaycan Milli Məclisinin komitə iclaslarında gələn ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı 2014-cü ilin dövlət büdcəsində kommunal xidmətlərlə bağlı xərclərin ödənilməsində 15 faiz artımın nəzərdə tutulduğu qeyd olunub. Bu, əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatların kommunal xidmətləri ilə bağlıdır”.
Bunu “APA-Economics”ə açıqlamasında parlamentin İqtisadi siyasət komitəsinin üzvü, iqtisadçı deputat Vahid Əhmədov deyib.
V. Əhmədovun sözlərinə görə, komitələrin iclaslarındakı müzakirələri mətbuatda oxuyan bəzi ekspertlər də bunu belə izah edirlər ki, guya 2014-cü ildə əhalinin kommunal xidmət haqları qalxacaq: “Lakin artıq qeyd etdiyim kimi, əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün kommunal xidmətlərin haqqının artırılmasından söhbət gedir. Bildiyimiz kimi, kommunal xidmətlərə işıq, qaz, yanacaq və sair aiddir. Digər xidmətlər kimi, kommunal xidmətlərin qiymətlərinin artırılması birbaşa İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində olan Tarif Şurasının səlahiyyətinə aiddir. Lakin mən hesab edirəm ki, həm gələn ilin dövlət büdcəsinə baxanda, həm də indiki reallığı nəzərə alanda əhali təbəqəsi üçün qiymət artımına ehtiyac görünmür”.
İqtisadçı-deputat hesab edir ki, öncə Azərbaycanda mövcud olan bəzi problemlər həll olunmalıdır: “İndiki halda miqrantlar, ölkəyə insan axını, həkimlərin, müəllimlərin və digər təbəqələrin sosial problemləri ilə bağlı məsələlərin həlli prioritetdir. Bu məsələləri həll etməmiş qiymət artımı gözlənilən deyil, buna ehtiyac da yoxdur. Kommunal xidmətlərin qiymətinin artması bütün qiymətlərin artmasına səbəb olur. Odur ki, sadaladığım səbəblərə görə 2014-cü ildə yanacaq və əhali təbəqəsi üçün kommunal xidmətlərə görə qiymət artımı gözlənilmir”.
banner

Oxşar Xəbərlər