• cümə, 19 Aprel, 18:07
  • Baku Bakı 24°C

Yağmursuz hava şəraiti proqnozlaşdırılır

22.08.13 11:52 1218
Yağmursuz hava şəraiti proqnozlaşdırılır
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında avqustun 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
Avqustun 23-dən 25-dək iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, bəzi saatlarda havada yaranan durğunluq insanlarda bürkü hissi yarada bilər.
banner

Oxşar Xəbərlər