• cümə axşamı, 25 aprel, 18:30
  • Baku Bakı 21°C

Yağmurlu hava gözlənilir - Proqnoz

11.04.16 12:38 744
Yağmurlu hava gözlənilir - Proqnoz
Aprelin 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-11 dərəcə isti, gündüz 14-18 dərəcə isti, Bakıda gecə 9-11 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacaq.
Aprelin 12-də Azərbaycanın rayonlarında - bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 7-12 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər