• şənbə, 20 Aprel, 11:58
  • Baku Bakı 14°C

Yağmurlu hava davam edəcək - Proqnoz

22.02.14 10:35 1189
Yağmurlu hava davam edəcək - Proqnoz
Fevralın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 23-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
banner

Oxşar Xəbərlər