• cümə, 29 Mart, 10:50
  • Baku Bakı 5°C

Yağlı yemək... yağsız yeməkdən daha yaxşıdır

26.03.19 12:15 399
Yağlı yemək... yağsız yeməkdən daha yaxşıdır
Yağlı qidalar qəbul edilməsi ömrü uzadır.
AZƏRTACRusiyanın the-challenger.ru saytına istinadla xəbər verir ki, ABŞ-ın Stenford və Harvard universitetlərinin alimləri uzunmüddətli tədqiqatlar nəticəsində belə qənaətə gəliblər.
Onların fikrincə, doymamış yağların zəngin olduğu qidalar orqanizmin fəaliyyətinə müsbət təsir göstərir, ürək-damar xəstəlikləri riskini azaldır. Bitki və balıq mənşəli yağlarla hazırlanan yeməklər isə orqanizmdə daha tez sorulur və piylənməyə səbəb olmur. Bunun əksinə, heyvan mənşəli yağlar piylənmə və artıq çəkiyə, eləcə də müxtəlif xəstəliklərə aparıb çıxarır.
Tamamilə yağsız yeməklər qəbul edilməsi də məsləhət görülmür, çünki onun qəbulu maddələr mübadiləsini pozur.
banner

Oxşar Xəbərlər