AZE | RUS | ENG |

Yağlı süd məhsulları ömrü uzadır

Yağlı süd məhsulları ömrü uzadır
Mütəxəssislər pəhriz saxlayanların kaloriləri süd məhsullarının daha az yağlılarından istifadə etməklə azaltmalarının yanlış olduğunu bildiriblər. Belə ki, süddən hazırlanmış qidaların daha yağlıları ömrü 25 faiz uzatmağa kömək edir.

AZƏRTAC vistanews.ru saytına istinadla xəbər verir ki, mütəxəssislər bu qənaətə 21 ölkədən olan 130 nəfərin iştirak etdiyi tədqiqatların nəticəsində gəliblər. Alimlərin fikrincə, yüksək kalorili süd məhsulları ürək-damar xəstəliklərinin qarşısını alır. Bu məhsulların arasında orqanizmə ən müsbət təsir göstərən isə yağlı süd və yoqurtlardır. Daha yağlı süd qidaları ürək patologiyalarından qorumaqla ömrü 25 faiz uzatmağa kömək edir. Alimlər bütün pəhriz saxlayanları kaloriləri süd məhsullarının deyil, digər qidaların hesabına azaltmağı məsləhət görürlər. Bu, karbohidratlar və ya qırmızı ət ola bilər.

Az kalorili süd məhsullarına keçmək xüsusilə yaşlı insanlar üçün təhlükəli ola bilər.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.935
GEL 1 1 Gürcüstan larisi 0.6371
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1877
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1888
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.6061
TRY 1 1 Türkiyə lirəsi 0.3174