• cümə axşamı, 28 mart, 16:59
  • Baku Bakı 16°C

Yalçın Topçu: “Bütün türk dövlətləri Qarabağla bağlı ortaya mövqe qoysa, problem aradan qalxar”

21.11.16 12:26 1305
Yalçın Topçu: “Bütün türk dövlətləri Qarabağla bağlı ortaya mövqe qoysa, problem aradan qalxar”
"Azərbaycan prezidentiİlham Əliyevbeynəlxalq tədbirdə demişdi ki, Türkiyə burada yoxdur, mən varam. Prezident İlham Əliyevin bu mövqeyi bütün qardaşlarımıza örnək olacaq bir mövqedir”.
APA-nın məlumatına görə, bu sözləri Türkiyənin Yerli Düşüncə Dərnəyinin və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakıda "Türk Filmləri Həftəsi” ilə əlaqədar təşkil etdiyi tədbirdə Türkiyə prezidentinin baş məsləhətçisi, sabiq mədəniyyət naziri Yalçın Topçu bildirib.
Y. Topçu deyib ki, prezident İlham Əliyevin Türkiyə ilə bağlı ortaya qoyduğu mövqeni bütün türk dövlətləri Qarabağ problemi ilə əlaqədar ortaya qoysa, Qarabağ problemi aradan qalxar: "Əgər Ankara, Bakı və digərlərimiz ayaq üstdə olarsa, biriləri Türküstanda, Misirdə, Liviyada istədiklərini edə bilməzlər. Allah bizi bərabər etsin. Tanrı dağından enən övladlar həmişə birgə olsun”.
banner

Oxşar Xəbərlər