• şənbə, 20 Aprel, 00:57
  • Baku Bakı 15°C

Yalçın Rzazadənin oğlu: "Atamın son arzusu övladlarını yanında görmək idi"

23.02.21 10:56 592
Yalçın Rzazadənin oğlu: "Atamın son arzusu övladlarını yanında görmək idi"
"Atamın son sözləri bu oldu: "Üç oğlunu da öz yanında görmək nə böyük xoşbəxtlikdir"".
BunuAPA-ya açıqlamasında Xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə deyib.
O bildirib ki, atasının son arzusu övladlarını yanında görmək idi: "Atamın mədəsində problem vardı. Son bir ilə yaxın Türkiyədə müalicə olundu. Bu müalicə ölkə Prezidentinin, Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın dəstəyi ilə baş tutdu. Atamın son illərini bizə onlar bəxş etdilər. Ailəmiz adından onlara təşəkkürümüzü bildiririk".

banner

Oxşar Xəbərlər