AZE | RUS | ENG |


Yağışlar səngiyəcək

Yağışlar səngiyəcək
Oktyabrın 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
 
Şimal-şərq küləyi gündüz cənub-şərq  küləyi ilə əvəz olunacaq.
 
ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz  15-18° isti, Bakıda gecə  10-12°, gündüz  15-17° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-65% olacaq. 
 
Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.
 
Havanın temperaturu gecə  8-13°, gündüz  14-18° isti, dağlarda gecə 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6695
GBP 1 İngilis funt sterlinqi 2.2668
TRY 1 Türk lirəsi 0.4402
KWD 1 Küveyt dinarı 5.6288
SEK 1 İsveç kronu 0.2003
EUR 1 Avro 1.9994
CHF 1 İsveçrə frankı 1.7164
USD 1 ABŞ dolları 1.7001