• cümə axşamı, 25 aprel, 10:30
  • Baku Bakı 14°C

Yağışlar kəsilir, havalar istiləşir - Proqnoz

14.05.15 07:57 704
Yağışlar kəsilir, havalar istiləşir - Proqnoz
Mayın 15-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, sabah mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Mülayim-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər