• çərşənbə, 17 Aprel, 03:43
  • Baku Bakı 14°C

Yağış yağacaq - Proqnoz

14.07.15 13:17 1101
Yağış yağacaq - Proqnoz
Bakıda küləkli hava bu gün axşama doğru mülayimləşəcək

Bakı və Abşeron yarımadasında iyulun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, küləkli hava bu gün axşama doğru mülayimləşəcək, lakin sabah gündüz cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.
Bölgələrdə hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər