• cümə, 26 Aprel, 20:16
  • Baku Bakı 22°C

Yağış yağacaq, dolu düşəcək, temperatur 4-8 dərəcə enəcək

19.04.18 13:00 569
Yağış yağacaq, dolu düşəcək, temperatur 4-8 dərəcə enəcək
Aprelin 20-si gündüz qərb rayonlarından başlayaraq 23-ü axşamadək ölkə ərazisindəhavaşəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindıən APA-ya verilən məlumata görə, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu tədricən 4-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
banner

Oxşar Xəbərlər