• şənbə, 20 Aprel, 14:58
  • Baku Bakı 23°C

Yağış-uşaq

24.10.16 11:46 2330
Yağış-uşaq
Həmin axşam dərzi Mona Miks Cona dedi ki, onu daha sevmir. Con əvvəlcə onun sözlərinə inanmadı, çünki o həmişə özünü inandırmışdı ki, dərzi qadın onu sevir. Havanın soyuq olmasına və sərnişinlərin də tez-tez deyinməsinə baxmayaraq, konduktor özünü çox da pis hiss etmirdi. Adamlar düşüb minəndən sonra o sürücüyə yoluna davam etməyə işarə etdi.
Bu gün, gözlənilmədən dərzi qadın heç bir səbəb olmadan fikrini dəyişmiş, onu rədd etmişdi. Konduktor axşam növbəsinə başlamazdan qabaq, yəni saat beşdə dərzi qadını görməyə getmişdi, bütün günü qoruyub onun üçün saxladığı iki qırmızı almanı ona vermək istəyirdi. Dərzi qadın almalara elə baxırdı ki, sanki almalar gözəgörünməz bir şey idi və o da onları görə bilmirdi. Onun otağı həmişəki kimi bir az səliqəsiz idi, döşəıməyə parça qırıqları dağılmışdı. Qadın bir az ona baxandan sonra dedi:
– Heç nə demə, Con! Bütün həyatım boyu bu evdə oturub öz işimlə məşğul olacam. Mən səni sevmirəm, Con! Yox, sevmirəm. Əvvəllər elə bilirdim ki, sevirəm səni. Amma indi anlayıram ki, bu, bir səhv imiş.
– Bunu demək istəyirdin? – Con özünü ələ alıb dedi.
– Hə, – qadın dedi və ağ, titrəyən əliylə onu geri itələdi, sanki ona yalvarırdı ki, çıxıb getsin.
Qadının bu sözündən sonra o - dünyanın ən axmağı - pilləkənlərlə aşağı düşdü. Güclü yağış altında dayanıb öz tramvayını gözləməyə başladı. Bir azdan tramvay göründü, nəm relslərin üstüylə ona sarı şütüyürdü. O Consona kobud tərzdə "gecən xeyrə!» deyib axşam növbəsini təhvil aldı.
Con güclü yağış yağmağına, yağış damcılarının insafsızcasına üzünə çırpıldığına görə sevinirdi. Küləyin belə qəddarlığı onun xoşuna gəlirdi. Küləyin piyadaları qovmağından, yağışın onların paltarlarını islatmasından həzz alırdı. İliyinə qədər işləyən soyuq onun ürəyincə idi. Onu əldən salan aclıq ona xoş gəlirdi. Amma o yadına saldı ki, ac deyil, çünki təzəcə yemişdi.
Vaxtın necə keçdiyini, saatın neçə olmağını bilmirdi. Amma deyəsən, çox gec idi, bəlkə də gecənin yarısıydı. Ona görə belə fikirləşirdi ki, bu tufanda gözünə az adam dəyirdi. Elə bu vaxt o tramvayın arxa oturacağında balaca bir qızın oturduğunu gördü. Bu qız tramvaya minəndə konduktor onu görməmişdi. Amma həmin axşam hər şey ona o qədər qəribə görünürdü ki, hətta o özünü də ən qəribə və ən vəhşi bir adam hesab edirdi. Ona görə də bu balaca varlığın tramvaya mindiyini görmədiyinə görə heç də təəccüblənmdi. Qız uzun, köhnə bir plaşa bürünmüşdü, plaş o qədər uzun idi ki, yerlə sürünməkdən ətəyindən saplar sallanırdı. Pırtlaşıq saçları çiyninə dağılmışdı. Ayağına sukeçirməyən çəkmə geymişdi, onlar da qızın ayağına neçə ölçü böyük idi. Balaca qızın yanında qara rəngli taxta bir qutu vardı. Qutunun ağzı dəmir rəzələrlə bağlanmışdı, bu dəmir rəzələrə yoğun kəmər keçirilmişdi, bu kəmərlə onu çiyinə taxmaq mümkün idi. Con Billinqs gözlərini zilləyib bu balaca qıza baxırdı. Qızın başı sinəsinə sallanmışdı, o qədər yazıq, o qədər kasıb görkəmi vardı ki, neçə gündən bəri ac olduğunu hiss etmək olurdu. Con qərara aldı ki, bu balaca qızcığazdan gediş haqqı almayacaq.
– Qoy o qəpik-quruşuna gedib özünə səhər yeməyi alsın, – Con öz-özünə dedi. – Şirkət buna görə mənə heç nə deməz. Bir yandan da, bugün bəxtim gətirmədiyinə görə ona nəzir verməliyəm.
Beləcə, Con özünün iri paltosunun cibindən bir qəpik götürüb qızın plaşının cibinə qoydu, sonra əlindəki biletdeşəni silkələyib oynatdı.
Tramvay sürətini azaltdı, pilləkəndə durduğundan Conun üzünə yağış vururdu. Külək vıy-vıy vıyıldayırdı. Havanın temperaturu dəyişdiyindən tramvayın şüşələri dumanlıydı və buna görə də Con balaca qızı görə bilmirdi. Amma o uşağa görə çox narahat olurdu.
– Görəsən, doğrudanmı belə olmalıdır? – Con öz-özünə dedi: – Hələ bu vaxtacan canlı insanın belə sakit oturmağını görməmişəm.
Con balaca qıza tərəf gedib onunla danışmaq istəyirdi, amma bu vaxt işıqlara nəsə oldu. Tramvayın işıqları əvvəlcə göy və yaşıl rəngdə oldu, sonra tamam qaranlığa йэкй щдвг tramvay. Yağış damcıları tramvayın qapısına döyəcləyir, küləyin vıyıltısı eşidilirdi. Az sonra işıqlar yandı, tramvay yoluna davam edəndə Billinqs balaca sərmişini görmək üçün arxa oturacağa baxdı. Tramvay bomboş idi.
Bu, fakt idi. Arxa oturacaqda uşaq yox idi. Hətta bayaq onun oturduğu oturacaq heç yaş da deyildi.
– Bil, – Con sürücüyə yaxınlaşıb dedi: – Köhnə plaş geyən o balaca uşaq hara getdi?
– Mən uşaq-filan görməmişəm burda, – Bil acıqlı-acıqlı dedi. – Con, Allah xıtrinə qapını bağla! Yel çəkir hardansa! Hardansa soyuq gəlir!
–Yel çəkir? ­– Con hiddətlə dedi. – Hanı yelçəkən yer?
–Sən arxa qapını açıq qoymusan, – Bil deyindi.
Con gördü ki, Bil elə titrəyir ki, elə bil qəfil partlayış səsi eşidib. Özünün xəz paltosunu çıxarıb ayı dərisindən palto geyən Bilin çiyninə örtdü. Arxa qapı açıq deyildi. Con da özünə etiraf edirdi ki, içəri soyuq idi, sanki külək içəridə əsirdi.
Bunların heç birinin Con üçün əhəmiyyəti yox idi. Heç nəyin ona dəxli yoxdu! Conun bir yolu vardı. Tramvaydakı oturacaqların altına baxıb balaca qızı axtarsın. O belə də etdi. Oturacaqların altında heç kim yox idi. Con öz-özünə dedi ki, bu barədə gərək Bilə də desin. Çünki tramvayda kimsə olmalıykən o heç kimi tapa bilmirdi. Con istэdi ki, gedib qapının ağzında dayanmasın, çünki hmin axşam çox sərnişin yox idi. Qapının ağzında isə üzünə yağış vurur, külək vıyıltısından qulaq tutulurdu. İlahi, Con nə qədər yorulmuşdu! Kaş şəhərdə sakit bir yer olaydı, Con da orda uzanıb küləyin səsinə qulaq asaydı. Ya da o fikirləşirdi ki, kaş o qəflətən qocalaydı, yaşamaq əzabından canı qurtaraydı. Ya da...
Tramvay döngədən keçəndə qəflətən dayandı. Bəlkə də konduktor Bilinqsi Allah qorudu, yoxsa o tramvayın təkərləri altına düşəcəkdi. O instinktiv olaraq qapıdan bərk-bərk tutub öz-özünə dedi:
– Gərək mən bir az yataydım.
Elə bu vaxt o tramvayın pəncərəsindən arxa oturacaqda oturan o balaca uşağı yenə də gördü. Başını aşağı sallayıb, soyuqdan göyərmiş əllərini dizi üstə qoymuşdu, qəribə taxta qutu da yanındaydı. Con Billinqsə elə gəldi ki, gecənin soyuqluğu onun damarlarından axır. O qışqırdı və tramvayın arxasına, balaca varlığın oturduğu oturacağa sarı getdi.
Arxadakı yaşıl oturacağa əlini vurdu, oturacaq tamam quru və isti idi. Sanki bu oturacaqda heç vaxt o balaca yaramaz oturmamışdı. Con tez sürücünün yanına getdi:
– Bil, – Con bağırdı. – Bilmək istэyirəm o uşaq hardadır?
– Hansı uşağı deyirsən?
– Bayaq sənə dediyim uşaq. Köhnə plaş geyən, yanında taxta qutu olan o balaca qızı soruşuram. Bu tramvayda oturan qızı deyirəm!
Bil qaşqabaqlı halda üzünü cavan konduktora tutdu:
– Sən axmaq bu axşam çox içmisən, bilirsən ki, içdiyinə görə bosыa məlumat verəcəm.
Konduktor heç nə demədi. O sakitcə, yavaş-yavaş keçib öz yerində dayandı, qapıya söykənib durdu. Hərdənbir isə dodaqaltı deyinirdi:
–Yazıq balaca qız! – birinci dəfə deyinəndə belə dedi.
Sonra isə yenə deyindi:
– Deməli, sən məni heç vaxt sevməmisən!
Həmin gecə Con evinə necə gəldiyini bilmədi. Yatağa ölü kimi düşdü. O biri gün o yenə də işə getməliydi. Həmin axşam hava yenə də yağışlı və soyuq idi.
İş gününün lap sonunda, tramvay öz relsiylə gedəndə birdən Con sanki şoka düşdü. Bir an onun rəngi qorxudan saraldı, amma o özünü ələ alıb qapıdan tutdu. Tramvay artıq dayanmışdı. O var gücünü toplayıb tramvaydan düşdü. Sürücü Bil ondan qabaq düşmüşdü yerə. Qoııarı arasında bir uşaq vardı, ona tramvayın işığında baxırdı. Con onun qucağındakı uşağa baxan kimi qışqırdı:
– Bil, bu həmin uşaqdır! Dünən sənə dediyim!
Doğrudan da, qızın əynində yekə plaş vardı, ətəyi yerlə sürünürdü. Əlləri soyuqdan gömgöy göyərmişdi, pırtlaşıq saçları çiyninə dağılmışdı. Ayağında da iriölçülü çəkmələr. Yolda isə qara rəngli taxta qutu düşüb qalmışdı.
– O bilə-bilə tramvayın qabağına qaçdı, – Bil bərkdən dedi. – Mən onun üstünə bağırdım, amma o mənə baxıb birbaşa tramvaya qaçdı.
Hava soyuq olsa da həyəcandan Bilin rəngi ağappaq ağarmışdı.
– Con, indi başa düşürəm kui, sən dünın gecə sərxoş olmamısan, – Bil ona dedi.
– Bil, sən əminsən ki, qucağındakı uşaqdır? Əminsən? – Con təntiyə-təntiyə soruşdu.
– Tam əmin deyiləm, Con! – Bil dedi.
Amma bir neçə dəqiqədən sonra balaca qızı polis maşınında apardılar, qara rəngli taxta qutusu da əlindəydi.
İngilis dilindən tərcümə edən: Sevil Gültən
banner

Oxşar Xəbərlər