• cümə axşamı, 25 aprel, 19:36
  • Baku Bakı 21°C

Yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub - FAKTİKİ HAVA

18.11.16 12:02 858
Yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub - FAKTİKİ HAVA
Noyabrın 17-si gündüzdən 18-i səhərədək ölkə ərazisində müşahidə olunmuş faktikihavaaçıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, noyabrın 17-si gündüzdən 18-i səhərədək ölkə ərazisində qeyri-sabithavaşəraiti davam edib, yağış yağıb, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçib, bəzi yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Böyük Qafqazda 2-26, Bakıda və Abşeron yarımadasında 1-5 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Şahdağda 20, Daşkəsəndə 5, Sarıbaş, Gədəbəydə 4, Xınalıq, Göygöldə 2, Qubada və Qubanın dağlıq ərazilərində 1-7 sm olub.
Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 20-25 m/s təşkil edib, bəzi yerlərdə arabir 28 m/s-dək güclənib.
banner

Oxşar Xəbərlər