• cümə, 19 Aprel, 14:49
  • Baku Bakı 25°C

“Yağış sularından enerji alaq”

31.05.18 16:00 681
“Yağış sularından enerji alaq”
29 may - 1 iyun 2018-ci il tarixlərində Bakı Ekspo Mərkəzində 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçirilir.
Sərgidə Dövlət Agentliyi tərəfindən günəş panelləri, hibrid işıqlandırma sistemləri, 6V/90As yüklü akkumulyatorlar, LED fənərlər, ABOEM maqnit generatorları və sairə avadanlıqlar təqdim olunub.
İlk dəfə olaraq, sərgidə Azərbaycan Respublikasının gənc xanımı Reyhan Camalova tərəfindən irəli sürülmüş "Yağış sularından enerji alaq” layihəsi əsasında "Azgüntex” zavodunda yığılmış modeli nümayiş olunmuşdur. Model öz universallığı ilə seçilir. Belə ki, qurğu istifadə olunmuş sulardan və yağışdan enerji istehsal etmək kimi özəlliyə malikdir.
Nəzərinizə çatdıraq ki, sabit "Maqnit Generator”u üzərindəilkin sınaq testlərinin aparılması və əldə edilən nəticələr bu qurğunun təkmilləşdirilərək, məişətdə istifadə olunması üçün zəmin yaradır.Bu isə İran, Özbəkistan, Belarus, Türkiyə kimi ölkələrdən gəlmiş nümayəndələrin marağına səbəb olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevvə Respublikanın Birinci vitse-prezidenti, xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində təşkil olunan 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə baş çəkiblər.Dövlət başçısı eyni zamanda müxtəlif şirkətlərə məxsus stendlərlə tanış olub.
Qeyd edək ki, sərgi alternativ və bərpa olunan enerji sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji avadanlıqlar və yaşıl enerji sahəsinin inkişaf strategiyası ilə bağlı məlumat toplamaq, yeni, səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektivli müqavilələr imzalamaq üçün unikal fürsət hesab edilir.
banner

Oxşar Xəbərlər