• cümə axşamı, 25 aprel, 05:22
  • Baku Bakı 19°C

Yağış, qar yağacaq, külək güclənəcək

07.12.17 13:20 3372
Yağış, qar yağacaq, külək güclənəcək
Bakıda və Abşeron yarımadasında dekabrın 8-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
ETSN-dənAPA-ya verilən məlumata görə,havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər