• cümə axşamı, 25 aprel, 02:39
  • Baku Bakı 19°C

Yağış kəsəcək, külək güclənəcək

15.11.17 14:30 1223
Yağış kəsəcək, külək güclənəcək
Bakıda və Abşeron yarımadasında noyabrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

ETSN-dənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 9-11° isti, gündüz 15-18° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər