• cümə, 29 Mart, 15:37
  • Baku Bakı 14°C

Yağıntılar kəsilir, temperatur yüksəlir - Proqnoz

31.03.15 07:46 887
Yağıntılar kəsilir, temperatur yüksəlir - Proqnoz
Havanın temperaturu 13 dərəcəyədək yüksələcək
Aprelin 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı, lakin gecəyə doğru yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı gözlənilir. Şimal və şərq rayonlarında isə yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər