• cümə, 19 Aprel, 11:36
  • Baku Bakı 13°C

Yağıntılar davam edəcək, bəzi yerlərdə intensiv olacaq, sulu qara, qara keçəcək

29.09.16 12:49 727
Yağıntılar davam edəcək, bəzi yerlərdə intensiv olacaq, sulu qara, qara keçəcək
Sentyabrın 30-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. İntensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 13-15° isti, gündüz 18-21° isti olacağı gözlənilir.

Bakıda gecə 13-15° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95% təşkil edəcək.

Sentyabrın 30-dan oktyabrın 1-i gündüzədək Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacaq, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

Mülayim şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər