• cümə axşamı, 28 mart, 17:54
  • Baku Bakı 16°C

Yadigar Sadıqovun cəzası azaldılıb

13.01.15 12:08 915
Yadigar Sadıqovun cəzası azaldılıb
Bu gün Ali Məhkəmədə Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqovun kassasiya şikayətinə baxılıb.
Vəkili Adil İsmayılovun APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan edilib. Qərara görə, şikayət qismən təmin edilib və Y. Sadıqovun cəzası 4 ildən 3 il 6 aya endirilib.
Qeyd edək ki, Yadigar Sadıqov 2013-cü il iyunun 27-də saxlanılıb. Müsavat başqanının müşaviri xuliqanlıqda ittiham olunur.
O, Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Ötən il iyulun 22-də Bakı Apellyasiya Məhkəməsi onun həbsini 4 ilə endirib. Bundan sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
banner

Oxşar Xəbərlər