• çərşənbə axşamı, 19 mart, 12:36
  • Baku Bakı 8°C

Yad ünsürlərin təsirinin qarşısını birgə almalıyıq

19.04.18 15:15 620
Yad ünsürlərin təsirinin qarşısını birgə almalıyıq
Azərbaycan milli mənəvi dəyərlərinə yad ünsürlərin təsirlərinin qarşısını birlikdə almalıyıq.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı komitənin təşkilatçılığı ilə "Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər" adlı konfransda çıxışı zamanı deyib.
M.Qurbanlı bildirib ki, bu gün qloballaşan dünyada böyük dövlətlərin mədəniyyətinin kiçik dövlətlərin mədəniyyətini təsir altına alması baş verir: "Ona görə də milli mənəvi dəyərlərimizin qorunması vacib əhəmiyyət kəsb edir. Bu istiqamətdə müxtəlif dövlət qurumları birgə fəaliyyət göstərir”.
Komitə sədri bildirib ki, milli mənəvi dəyərlərin qorunması hər bir vətəndaşın, hər bir valideynin borcudur: "Valideynlər öz övladlarına milli mənəvi dəyərlərimizi aşılamalıdır. Yəni, hər birimiz milli mənəvi dəyərlərimizi qorumalıyıq”.
banner

Oxşar Xəbərlər