• çərşənbə, 24 Aprel, 19:07
  • Baku Bakı 23°C

XXXI Beynəlxalq İnformatika Olimpiadası 2019-cu ildə Azərbaycanda keçiriləcək

03.12.16 22:33 990
XXXI Beynəlxalq İnformatika Olimpiadası 2019-cu ildə Azərbaycanda keçiriləcək
Beynəlxalq İnformatika Olimpiadası təşkilat komitəsinin üzvü, "Eljakim Information Technology” şirkətinin rəhbəri, Kompüter Texnikası Assosiasiyasının əməkdar üzvü Elyakim Sxreyvers Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda olub.
İnstitutdanAZƏRTAC-a bildiriblər ki, tədbirdə "ADA” Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin baş müəllimi Araz Yusubov, Təhsil Nazirliyinin təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov, ümumtəhsil məktəblərində informatika fənninin tədrisi ilə məşğul olan qabaqcıl müəllimlər, eləcə də İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri iştirak ediblər.
"İstedadlı şagirdlər üçün əhatəli informatika kurikulumu” mövzusunda məruzəsində E.Sxreyvers bildirib ki, informatika sahəsi daim inkişaf etdiyindən bu fənni tədris edən müəllimlər mütəmadi təkmilləşməli və inkişaf etməlidirlər.
O, ibtidai sinifdən ali məktəb səviyyəsinədək informatikanın tədrisini əhatə edən kurikulum layihəsi barədə məlumat verib, informatika fənninin bu proqrama əsasən tədrisinin şagirdlərdə alqoritmik düşüncə tərzinin inkişafına xidmət göstərdiyini vurğulayıb.
E.Sxreyvers Azərbaycanda 2019-cu ildə keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadasına şagirdlərin seçilməsi ilə bağlı təkliflərini də səsləndirib. O, informatika fənninin tədrisi sahəsində öz təcrübəsini bölüşməyə və lazımi kömək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Məruzə ətrafında suallar cavablandırılıb.
banner

Oxşar Xəbərlər