• şənbə, 20 Aprel, 12:09
  • Baku Bakı 23°C

XXI əsrdə bu stadionda məğlub olmayıblar

11.06.19 13:15 660
XXI əsrdə bu stadionda məğlub olmayıblar
İspaniya yığması Avropa çempionatının seçmə mərhələsində İsveçə 3:0 hesabı ilə qalib gəlib.
Kaspi.az xəbər verir ki, qarşılaşma "Real”ın stadionu "Santyaqo Bernabeu”da keçirilib. İspaniya yığması bu arenada keçirdiyi son 8 oyunun hamısında qalib gəlib.
Bu qarşılaşmalar isə XXI əsrə təsadüf edib. İspanlar bu əsrdə "Santyaqo Bernabeu”da xal itirməyiblər. İspaniya yığması "Real”ın arenasında 32 il əvvəl 1987-ci ilin 18 fevralında İngiltərəyə məğlub olub – 2:4.
Həmin vaxt İngiltərənin bütün qollarını Qari Lineker vurmuşdu. İspaniya yığması son ev məğlubiyyətini də 2018-ci ilin oktyabrında Sevilyada keçirilən qarşılaşmada İngiltərədən alıb – 2:3.
banner

Oxşar Xəbərlər