“XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” adlı beynəlxalq dəyirmi masa keçirilib - Fotolar
Bakı Slavyan Universitetində (BSU)
Türkiyə, Rusiya, Polşa, Ukrayna, Çexiya, Bolqarıstan, Belarus respublikalarının
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlərinin iştirakı ilə "XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin
harmoniyası” adlı beynəlxalq dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açanBSU-nun rektoru, porfessor Nurlana Əliyeva mötəbər qonaqları salamlayaraq əvvəlcə
BSU-nun yaranma tarixi, buradakı təhsil sistemi, fəaliyyət göstərən 11 tədris və
mədəniyyət mərkəzi barədə ətraflı məlumat verib. Sonra N.Əliyeva əsrin aktual
mövzusuna həsr olunmuş dəyirmi masanın mahiyyətindən danışıb. Rektor Azərbaycan təhsil sisteminin XXI əsrdə çox böyük nailiyyətlər
əldə etdiyini diqqətə çatıdıraraq bəşər sivilizasiyasına böyük töhfələr bəxş
etmiş Azərbaycan xalqının zəngin maarifçilik ənənələri, pedaqoji fikir tarixi
ilə qürur duyduğunu dilə gətirib. Nurlana Əliyeva Azərbaycan Respublikasının bütün sahələr
üzrə inkişaf istiqamətlərindən söz açarkən
bildirib ki, bu istiqamətlərin nə qədər
şəffaf və anlaşılan olduğu göz qabağındadır. Azərbaycanda hökm sürən
multkultural mühit, tolerant dəyərləndən söhbət açan N.Əliyeva multikulturalizm
ənənələrinin Azərbaycanın dövlətçilik prinsiplərində aparıcı olmasını Ümummilli
lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.
Multikulturalizmin mərkəzi sayılan Bakı Slavyan Universitetində əcnəbi tələbələrin
təhsillərini mükəməlləşdirməsi üçün hər cür şərait yaradıldığını söyləyən
rektor deyib: "Ölkəmiz müstəqillik
qazandıqdan sonra Azərbaycan təhsili və mədəniyyəti sürətlə inkişaf etmiş
dünyaya inteqrasiya olunmağa başlayıb.Qısa
zaman ərzində ölkəmizin yüksək iqtisadi inkişafa nail olması, beynəlxalq
miqyasda əhəmiyyətli təşəbbüslərlə çıxış edən demokratik dövlət kimi tanınması,
əhalinin maddi rihafının gündən-günə yüksəlməsi və qarşıya qoyulan digər önəmli
məsələlərin həyata keçməsi Azərbaycan Respublikasının tərəqqisinin göstəricisidir.
Əlbəttə ki, ümumi inkişaf prosesi ölkənin ali və ümumtəhsil sistemində də özünü
göstərir. Bu sahədə həyata keçirilən zəruri tədbirlər, atılan uğurlu addımlar,
ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncam və fərmanlar müasir
təhsilin də keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur”. Nurlana Əliyeva dəyirmi
masanın mövzusudan danışarkən bildirib ki, təhsil sahəsi çoxpilləli və çoxşaxəli
olduğundan müzakirələr zamanı mövcud və həlli mümkün olan təhsil problemlərinə
toxunulacaq.
Dəyirmi
masanın moderatoru Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Nikolaos Kanellos "XXI
əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” mövzusunun müasir dövrlə
yaxından səsləşdiyini, hazırda ən zəruri
faktor olan müasir təhsil sisteminin cəmiyyətin ayrılmaz bir sahəsi olduğunu
qeyd edib. Səfir N.Kanellos Yunanıstanla Azərbaycan arasındakı təhsil əlaqələrinin
qurulmasında aparıcı rol oynayan Bakı Slavyan Universitetinin fəaliyyətini yüksək
qiymətləndirib, belə mühüm tədbirin Azərbaycanda beynəlxalq təhsilin
inkişafında aparıcı rola malik olan BSU-da keçirilməsindən məmnunluğunu dilə gətirib.
Dəyirmi masada söz
alan Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Erkan Özoral qeyd edib ki, təhsil sisteminin inkişafı ölkənin bir
çox sahələrdə irəli getməsinə, bu ölkədə fəaliyyətdə olan bütün sahələrdəki
uğurların sayının artırılmasına səbəb olur. Səfir beynəlxalq təhsil faktorunun
hər bir fərdə təsir etmək gücünə malik olduğunu vurğulayaraq bunun müsbət nəticəsini
sivil cəmiyyətin bütün inkişaf mərhələlərində görməyin mümkün olduğunu diqqətə
çatdırıb. Səfir dünyada tüğyan edən terrorizmdən söz açaraq Azərbaycanın
Qarabağ probleminə də toxunub, 25 % işğal altında olan torpaqların yaxın
zamanda geri qayıdacağına əmin olduğunu bildirib. BSU ilə
Türkiyənin qabaqcıl universitetləri arasında əməkdaşlığın getdikcə daha da möhkəmləndiyini
bildirən səfir Erkan Özoral burada türkiyəşünaslıq üzrə təhsil alan tələblər
üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıq edib.
Rusiya Federasiyasının
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müvəqqəti işlər üzrə vəkili
Oleq Muraşev çıxışında Rusiya və Azərbaycan arasında təhsil və mədəniyyət sahələrində
əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar olduğunu diqqətə çatdırıb. Vəkil
bildirib ki, Azərbaycan və Rusiya arasında humanitar münasibətlər bu sahədə əməkdaşlıq
proqramları ilə tənzimlənir. Bu ölkələrin mədəniyyət nazirlikləri arasında hər
il yenilənən əməkdaşlıq proqramlarının, təhsil nazirlikləri arasında əməkdaşlıq
haqqında protokolların mövcud olmasını xüsusi qeyd edən O.Muraşev rus dilinin inkişafı məsələsinə də toxunub. O bunu
ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran faktorlardan biri
kimi dəyərləndirib. Vurğulayıb ki, Bakı Slavayan Universiteti Azərbaycanda rus
dilinin və rusdilli təhsilin yüksək inkişafı sahəsində danılmaz xidməti olan
qabaqcıl universitetdir. Rusiya
ilə Azərbaycanı çoxəsrlik dostluq ənənələrinin bağladığını deyən vəkil ötən 25
il ərzində təhsil və mədəniyyət kimi qiymətli irsin qorunub saxlandığını, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə
çatdırıldığını söyləyib.
Polşanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka Azərbaycan və Polşa
arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcud
olduğunu bildirib. Ölkələr arasında etibarlı əməkdaşlığın təhsil və mədəniyyət sahəsində
özünü daha qabarıq şəkildə biruzə verdiyini deyən səfir Marek
Tsalka Azərbaycanda beynəlxalq təhsil standartlarına cavab verən belə bir
ali məktəbin olmasını sevindirici hal kimi qiymətləndirib. Səfir BSU-da
polyakşünaslıq üzrə təhsil alan tələbələrə dərs demək üçün maraq göstərən
polyak müəllimlərin sayının ildən-ilə artmasının gənclərin mütəxəssis olaraq
yetişməsinə müsbət töhfə verəcəyini qeyd edib.
Çexiyanın
Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Petr Vaqner Çexiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafında atılan addımları və çex dilinin
Bakı Slavyan Universitetində tədris olunmasını yüksək qiymətləndirib. Səfirlik
tərəfindən Azərbaycanda məhsuldar görüşlər keçirdiyini bildirən P.Vaqner ölkələrimiz
arasında humanitar sahədə əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin
önəmini qeyd edib. BSU-da Çex dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərməsindən
məmnun qaldığını deyən səfir bu mərkəzin Çexiya universitetləri ilə müvafiq sahədə
əməkdaşlığının məqsədəuyğunluğunu önə çəkib.
Mövzu
ilə bağlı müzakirəyə qatılan Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfirinin müvəqqəti
işlər üzrə vəkili Yanko Yanakiyevölkələrimiz arasında təhsil, o cümlədən mədəniyyət sahəsində ikitərəfli
münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Azərbaycanla Bolqarıstan arasındakı dostluq və qardaşlığın tarixi köklərindən
söz açan Yanko Yanakiyevqeyd edib
ki, Bakı Slavyan Universitetində bolqar dilinin, tarixinin və mədəniyyətinin
tədrisi bu ölkədə təhsillə yanaşı mədəniyyət istiqamətində də inkişafın yüksək
olmasından xəbər verir. Bolqarıstanın Veliko
Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş "Trapezitsa”
Memarlıq Muzey-Qoruğundan söz açan Y. Yanakiyev bütün bu sadalananları təhsil və
mədəniyyətin harmoniyası kimi səciyyələndirib.
Sonra dəyirmi masanın
iştirakçıları BSU-da fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzlərinə baxış
keçiriblər. Bunun ardından iştirakçılar
üçün universitetin foyesində BSU-nun "Arzu” rəqs ansamblının təqdimatında Azərbaycan,
türk, ukrayna, belarus, yunan, bolqar, polyak xalqlarına məxsus milli rəqslər
nümayiş olunub.