• şənbə, 20 Aprel, 15:24
  • Baku Bakı 23°C

Xüsusi zolaqlarda hərəkətə qoyulan məhdudiyyət götürülüb

23.05.17 13:10 823
Xüsusi zolaqlarda hərəkətə qoyulan məhdudiyyət götürülüb
IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar avtomobillərin paytaxtın bəzi küçə və yollarında hərəkətinə tətbiq olunan məhdudiyyət başa çatıb.
APA-nın məlumatına görə, Bakı şəhərində sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda tətbiq olunmuş məhdudiyyətlər nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə bu gün 12:00-dan ləğv olunub.
Qeyd edək ki, paytaxtda keçirilən Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi "Oyun zolaqları” çəkilib ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmuşdu.
Lakin Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi məhdudiyyətin mayın 23-ü saat 12:00-da bitməsinə qərar verib.
banner

Oxşar Xəbərlər