• cümə axşamı, 28 mart, 21:22
  • Baku Bakı 13°C

Xüsusi təyinatlıların bazasında “sağ qalmaq” kursu keçiblər

12.07.18 11:20 842
Xüsusi təyinatlıların bazasında  “sağ qalmaq” kursu keçiblər
İngiltərə yığması DÇ-2018-ə hazırlaşmaq üçün xüsusi metoddan yararlanıb.
Kaspi.az xəbər verir ki, yığmanın gizlin şəkildə keçdiyi məşqlər barədə mediaya indi məlumat sızıb. İngiltərə yığması təxminən 2 gün ərzində xüsusi təyinatlıların bazasında təlim-məşqdə olub.
Bazada onlar "sağ qalmaq” kursunda iştirak ediblər. Baza İngiltərənin cənub-qərbində, Devon qraflığında yerləşir.
Futbolçular təlimin ilk günündə meşədə yatıblar və qidanı da özləri əldə ediblər. Ertəsi gün isə onları dərə-təpə ilə qaçmağa, çayın dayaz məcrası ilə üzməyə məcbur ediblər.
İngiltərə DÇ-2018-in yarımfinalında Xorvatiyaya məğlub olub - 1:2.
banner

Oxşar Xəbərlər