• cümə axşamı, 28 mart, 12:54
  • Baku Bakı 16°C

Xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə imtahan proseduru dəyişib

15.02.18 09:50 1532
Xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə imtahan proseduru dəyişib
Nazirlər Kabineti"Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydalar"nda dəyişiklik edib.
APA-nın məlumatına görə, indiyə qədər qüvvədə olan Qaydaya əsasən tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər "Abituriyentin elektron ərizəsi”ni təsdiq etdikdən sonra Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçiblər.
Qeydiyyatdan keçmiş abituriyentlər DİM tərəfindən keçirilən qəbul imtahanında (cari ilin məzunları isə buraxılış imtahanında) iştirak ediblər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə Mərkəzin təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qabiliyyət imtahanında iştirak ediblər. Qabiliyyət imtahanının keçirilməsi şərtləri Mərkəz tərəfindən müəyyən edilib. Qabiliyyət imtahanlarının nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilib.
Dəyişikliyə əsasən bundan sonra tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər "Abituriyentin elektron ərizəsi”ni təsdiq etdikdən sonra DİM tərəfindən keçirilən qəbul imtahanında (cari ilin məzunları isə buraxılış imtahanında) iştirak edəcəklər. İmtahanda topladıqları ümumi balları DİM-in müəyyən etdiyi müsabiqə şərtlərini ödəyən abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər DİM tərəfindən müəyyən edilmiş cədvəl üzrə DİM-in təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət imtahanının keçirilməsi şərtləri DİM tərəfindən müəyyən ediləcək. Qabiliyyət imtahanlarının nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndiriləcək.
banner

Oxşar Xəbərlər