• cümə, 29 Mart, 19:48
  • Baku Bakı 14°C

Xüsusi effektlərlə işləmək halva deyil

17.12.18 12:55 997
Xüsusi effektlərlə işləmək halva deyil
Bu günlərdə Bakıda məşhur danimarkalı kinorejissor Lars von Trierin açıq zorakı, qəddar səhnələri ilə dünya mətbuatında rezonans yaratmış "Cekin tikdiyi ev” filminin premyerası keçirildi. Mövzunun aktualığını nəzərə alaraq, artkaspi rusiyalı kinoşünas Anton Dolinin rejissorla film barədə müsahibəsini təqdim edir.

- Siz dini baxışlarınızı çox tez-tez dəyişmisiniz: gah ortodoksal yəhudi, gah qısqanc katolik, gah provaslav oldunuz. Axırda da ateizmə üz tutdunuz.Yoxsa indi də dinə, imana gəlmisiniz? Filminizdəki cəhənnəm səhnələri olduqca realist təsvir olunmuşdu...
-Haradan bilirsiz ki realistcədir? Bəyəm siz cəhənnəmdə olmusunuz? Yox, mən dinə gəlməmişəm. Əlbəttə, cəhənnəm haqqında müxtəlif təsəvvürlərlə oynamaq maraqlı idi. Mənbə də kifayət qədər vardı. Biz onları bir yerə topladıq və yaxşıca şənləndik.

- Söz söhbət gəzir ki, "Cekin tikdiyi ev” filminin çəkilişləri xüsusilə ağır keçib. Bu nə ilə bağlı idi?
- İnandırım sizi, bununun filmin məzmunu və materialla bağlılığı yoxdur. Yalnız mənim daxili vəziyyətimlə, duyduğum daimi həyəcan hissi ilə bağlıdır. ... Bağışayın ki, tez-tez danışa bilmirəm, beynim qarışıqdır... Məni müşaiyyət edən simptomları sadalamaqla sizi yormaq istəmirəm. Daima qorxurdum ki, mənimlə nəsə baş verəcək və çəkilişləri mənsiz davam etdirmək lazım gələcək. Xoşbəxtlikdən belə bir şey olmadı. Qısası, mən ağır bir dövr yaşayıram və bu mənim film üzərində işimi ağırlaşdırır, xoşagəlməzliklər yaradır. Filmin burada heç bir rolu, təqsiri yoxdur, yalnız özümlə bağlıdır.

- Dramaturq və rejissor üçün baş qəhrəman olaraq qatil Cek nəyi ilə maraqlıdır?
- Çox şeyi ilə. Birinci növbədə ona görə ki, o, psxopatdır. Bu psixi pozunluqla işləmək dəhşətli dərəcədə maraqlıdır. Ömrüm boyu Patrisiya Xeysmitin romanlarını, onun psixopat qəhrəmanlarını sevmişəm. Öz qəhrəmanımı yaratmaq ideyası çox çəkici idi və mən bu haqda çoxdan düşünürdüm.
Məsələn psixopatlar öz planlarına, nə qədər absurd və qeyri real olsa belə onların qeyd şərtsiz gerçəkləşəcəyinə inanırlar, bu məni heyran edir. Bunu ikinci qurbanla bağlı səhnəni yazanda istifadə etdim: Cek tanımadığı qadının qapısını döyür . Qadın qapını açır. Onun niyəti evə daxil olmaqdır. Qadın soruşur ki, o kimdir? Cek ilk ağlına gələni deyir: "Polisəm”. Daha sonra yenidən improvizə edir və daha axmaq, həqiqətə uyğun gəlməyən sözlər deyir. O bu dialoqu apardıqca ürəkdən əylənir.

-Sizin Cekiniz obsessiv kompulsiz pozğunluqdan əziyyət çəkir. Bu yalnız qatillərin yaşadığı pozğunluq deyil. Filmə baxanda sizin mövzuya çox kökləndiyiniz hiss olunur.
-30 ildir ki, obsessiv-kompulsiv pozğunluğu tədqiq edirəm. Həmdə öz nümunəmdə. Obsessiv-kompulsiv pozğunluğun müxtəlif maraqlı aspektləri var. Mən bunları filmdə nümayiş etdirmək istəmişəm. Başqa aspektlər də var, gülməli olmayan, daha tükürpədiciləri. Onlara toxunmağa risk etmədim.

- Sizin filminizdə tükürpədici olanlar onsuz da çoxdur. Onu hətta "ilin ən qəddar filmi” adlandırırlar: siz çəkinmədən qəddarlığı, zorakılığı çəkib göstərirsiniz. Ekranda qadınların, kşilərin, uşaqların qətlini görürük. Bağ qayçısı ilə ayağı kəsilən ördək balası xüsusilə hiddət doğurdu...
- Bir dəqiqə... Əlimdəki material elə idi ki, açıq zorakılıq səhnələri olmadan keçinmək mümkün deyildi. Belə filmdə həmin səhnələri göstərməmək tamaşaçının başını aldatmaq deməkdir. Sizsə istədiyiniz reaksiyanı verə bilərsiniz, gözlərinizi yuma, üzünüzü gizləyə ya da kinoteatrdan bayıra qaça bilərsiz. Nahaq yerə düşünürsüz ki bunları çəkmək asan və xoşagələn idi. Xüsusi effektlərlə işləmək halva deyil. Düzdür, ördək balası ilə sadə idi, köhnə üsulla işlədik. Yox, ayaını kəsmədik əlbəttə. Oğlan onu ovcunda gizlədi, kəsdiyi isə yellənən plastik ayaq idi. Nəyə görəsə məhz bu səhnə tamaşaçıları daha çox təsirləndirib. Sizə and içə bilərəm: ördək balasını incitməmişik.

- O səhnədə ördək balası oğlana sarı üzür. Olan sahildə oturub. Elə vəziyyət yaranır ki, bu təsvir gələnədək artıq suyun səsi gəlir.
- Bunu biz özümüz belə etdik. Tamaşaçınıda istiqamət hissini azdırmaq istədik. Zal qaranlıqdır, o heç bilmir ki,film başlayıb.

- Mett Dillon bu filmdə karyerasındakəı ən uurlu rolunu oynayıb.ş onunla ümumi dil tapmaq çətin olmadı ki?
- Mənə onunla çox asan və rahat idi. Film üzərində iş sistemiumiz aktyora yaradıcılıq üçün tam aadlıq verir. Bilirsiniz, bizim heç vaxt pulumuz və vaxtımız çatmır. Nə qədər çox olursa olsun, yenə də bəs eləmir. Ona görə də çəkiliş zamanı ağlımıza ideya gələndə kameranı söndürmürük, planlaşdırılmış sxemi dəyişirik. Düzdür, çox şey kəsilib tullanır, amma əvəzində uğurlu səhnələrə nail oluruq.
Aktyora bütün bunları sıışdırmaq lazım gəlir. Mett nəsə təklif edir və mən bundan istifadə edirəm. Ya da mən nəsə yapşırıq verirəm, osa yerinə yetirir. Vacib olan üst-üstə düşməkdir. Mettlə bizim düşüncələrimiz üst-üstə düşdü. Məncə bir-birimizə rastlamaqda bəxtimiz gətirib.
O biri aktyorlara gəldikdə isə... Bəziləri ilə əvvəl işləmişəm, bəziləri ilə yox... Bəziləri mənə yazıb onları filmimə çəkməyimi istədi, mən onlara bu şərtlə razılıq verdim ki, Cekin heç bir replikası olmayan qurbanlarını oynasınlar.

- Kann festivalı beş illik fasilədən sonra sizi necə qarşıladı?
- Mən axşamkı premyeraya görə çox mütəəssir oldum. Düz sözümdür, mən burada olmaıma çox şadam. Özümü persona-non qrata statusundan çıxarmaq üçün çox çalışdım. Əvvəlcə bu adama ağrılı təsir edirdi: məni daha nədə ittiham etmədilər... Hətta 5 illik həbs tələb edən maddə ilə mühakimə etmək istəyirdilər. İnanın ki, mən 5 ili həbsdə sağ qala bilmzdim.
Bu işdən qurtuldum, amma hələ də düşünəndə bunlar məni incidir. İndən belə axmaq şeylər danışmamağa çalışıram.

- O zaman "Cekin tikdiyi ev” filmində özünü ifadə azdlıına toxunmaınız təsadüfi deyil.
- Bu həddini aşmış özünü ifadədir: öz yaradıcı impuslunu ifadə etmək üçün başqalarını öldürmək lazım gəlirsə bu, ekstremal vəziyyətdir. Amma mənim üçün söz azadlığı təməl məsələdir. Mənim kimi yerli danimarkalı üçün mətbuat konfransında təsadüfi deyilmiş bir sözün bu qədər tufan qoparacığını görmək bir az qəribə idi. Bizdə, Kopenhagendə bu sözlərə fikir verən olmayacaqdı... Məni Kanna moderator gətirmişdi. Mən cavabımı Hitler haqda həmin məşhur sözlərlə bitirdim-indi onları təkrarlamaq istəmirəm, qorxuram hər şey təzədən başlayar. Əgər onda kimsə məndən "Cənab Trier bununla nəyi nəzərdə tutursunuz?” soruşsaydı mən sivil bir cavab verərdim, heç bu olanlar da yaşanmazdı. Bu hadisə söz azadlığının nə qədər vacib olduğunu bir də göstərir.

- Bununla belə, yeni filminizə Hitlerdən kadr salmağa çəkinməmisiniz...
- Hitler... Bilirsiniz ki, onu sutkada 2 saat göstərən tarix kanalları var? Hitler, Musolini, Stalin filmdə təsadüfən peyda olmayıblar. Mənim texnikam istənilən fikri son həddədək çatdırmaq idi. Mənə işıqlanmamış hissələrə baxmaq lazım idi. Ümumiyyətlə, mən əminəm ki, Ikinci Dünya Müharibəsindən miras qalanları müzakirə etmək nəinki qanuni, hətta zəruridir.

- Öz filmlərinizdən olan sitatlar nəyə görə filmə salınmışdı?
- Bu bir az axmaq söhbət kmi görünəcək. Amma biz Cekin fikirlərini illüstrasiya etmək üçün filmlərdən istifadə etməli idik. Məlum oldu ki, bu çox çətin işdir. Əsas da müəllif haqlarını almaq baha başa gələcəkdi. Onda qərara aldım ki, öz filmlərimdən istifadə edim, ən azı bu havayı başa gəlir.

- Final səhnədə aktyorlara tək tək təşəkkür edirsiniz...
- Sitat şəklində filmimə düşənlərə təşəkkürr etmişəm. Onlar hamısı xoş davrandılar, heç biri etiraz etmədi.

- Filminzdəki fraqmentlər Cekin monoloqları ilə müşaiyət olunur. O deyir ki, incəsənət insanlaraən qaranlıq impulslarını ifadə etmək üçün lazımdır. Bu fikri bölüşürsünüz?
- Belə deyək, mən incəsənətin guya ancaq bunun üçün lazım olması ideyasını çox depressiv hesab edirəm. Sanki bizim iki variantımız var: ya çoxsaylı qətllər törədən qatil ola bilərik ya da sənətkar. Yox... Cekin dediyi sadəcə bir fikirdir. Heç əmin deyiləm ki, mənimdir. İncəsənət yalnız fobiyaları və ölümcül impulsları deyil, işıqlı hissləri də göstərə bilər. Sadəcə olaraq, insanın içində olduğu qaranlığı ifadə etmək üçün incəsənətuzun illər ən təhlükəsiz üsul olub. Məncə, indi belə deyil.

- Yəni siz, hər sənətkar qəlbən bir qatildir, demirsiniz?
- Yox! Mən bunu demək istəmirəm. Amma incəsənət insana ağrı verir. Hətta başqalarına da ağrı verir. İncəsənət eqoistlərin məşuliyyətidir.

- Gəlin eqoistlərin siyahısına keçək. Film boyu Fame mahnısı səslənən sevimliniz Devid Bouidən başqa Qlen Quld da Cek demişkən, "incəsənəti təmsil edir”. Bunlar manyak-qatil haqda filmə necə düşüblər?
- Qlen Quldun videosuna Youtubedə təsadüfən rastladm və heyran oldum. Onun pianoda çalması, zümzümə etməsi... Elə bil ki indicə Baxı öyrənir... Qlen Quld böyük sənətçi idi. Onun bu filmdə yeri var.
Devid Bouini isə uşaqlıqdan sevirəm. Bob Dilana da eyhamlar var. Mən bunları çox sürətləı yazdığım ssenaridə düşünmüşəm. Bütün bunların "Cekin tikdiyi ev” filminə nə verməsi haqqında nəsə demək çətindir. Amma nəsə verir, bu, dəqiqdir.

- Bəs rəsm əsərləri ilə necə işləmisiniz?
- Bleyk, Qogen, Munk, Bosx. Mənim sevdiyim rəssamlardır. Finalda Dante və Vergilinin təsvir olunduğu tablodan sitat var.

- Demək sizi "İlahi komediya” da ilhamlandırıb...
- Biz Dantenin təqdim etdiyi cəhənnəm corafiyasına dəqiq əməl etməmişik.Ümumiyyətlə, "İlahi komediya” indi çətin oxunur, əlinə alan kimi müəllifin əsərdə cəhənnəmə atmaqla düşmənləriylə haqq hesab çürütdüyünü görürsən. Aydındır ki, əsərin yazılma səbəbi də elə budur.

- İki monumental film romandan - beş saatlıq "Nimfomanka” və üçsaatlıq "Cekin tikdiyi ev” dən sonra doğrudanmı siz uzun filmlərdən imtina edib qısa filmlərə keçəcəksiniz?
- Mən böyük kinodan sonra dincəlmək və "Etüdlər” adlı hərəsi on dəqiqə olan qısametrajlı ağ-qara filmlər çəkmək istəyirəm. Bir fransız alimi 36 mümkün süjetləri toplayıb mən də onların hər birini bir etüd etmək istəyirəm. Yaxşı və asan işdir, həm də evdən uzaqlaşmadan bunu edə biləcəm. Yaxşı aktyorlar çaıra biləcəm, çünki, hər filmə üç-dörd çəkiliş günü bəs edəcək. Məni şagirdləri üçün belə etüdlər düşünən bəstəkarlar bu işə həvəsləndirdi. Məncə indi mənə ancaq belə iş lazımdır.
Tərcümə edən: Aliyə
banner

Oxşar Xəbərlər