AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xuraman Şuşalı xəstəxanaya yerləşdirilib

Xuraman Şuşalı xəstəxanaya yerləşdirilib

Mədəniyyət
14 Noyabr 2013, 13:22 4146
Müğənni Xurman Şuşalının səhhətində problemlər yaşanıb. O, Lent. az-a bildirib ki, zəhərlənib:

“Dişimdə problem olduğuna görə, stomatoloqa müraciət etdim. O da mənə sakitləşdirici iynələr vurdu. İynədən sonra evə gəldim. Yemək yedim, şokoladla çay içdim. Elə şokoladdan sonra da halım pisləşdi. Allergiya oldum. Özümü çox pis etdiyimi görüb, evdəkilər məni 1 saylı Kliniki Xəstəxanasına apardılar. Həkimlər məni müayinə etdilər və söylədilər ki, allergiya olmuşam. Halsızlığım da burdan yaranıb. Beş gün həmin xəstəxanada qaldım. Dünən axşam evə gətirdilər, indi vəziyyətim qənaətbəxşdir. Buna baxmayaraq, müalicəm davam edir”.