• cümə, 26 Aprel, 23:58
  • Baku Bakı 22°C

“Xudatda qanunsuz aksiyaya cəhd olub” - NAZİRLİK

10.05.13 12:28 1485
“Xudatda qanunsuz aksiyaya cəhd olub” - NAZİRLİK
Daxili İşlər Nazirliyi Xaçmaz rayonunun Xudat şəhərində aksiyaya cəhdlə bağlı rəsmi məlumat yayıb. DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mayın 9-da saat 11.20 radələrində Xudat şəhəri ərazisində rayon sakini Rauf Hüseynovun və Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Rövşən Səfərovun idarə etdikləri avtomobillər toqquşub və bu zəmində hər iki şəxs arasında mübahisə baş verib.
”Məsələ Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsində araşdırılıb və öz qanuni həllini tapıb. Lakin bəzi radikal müxalifət partiyalarının yerli funksionerləri öz təhrikçi ənənələrinə sadiq qalaraq baş vermiş adi yol-nəqliyyat hadisəsini növbəti dəfə siyasiləşdirməyə, rayonda süni gərginlik və qarşıdurma yaratmağa cəhd göstərmişlər. Onlar hadisə yerinə toplaşmış bir qrup yerli sakini yürüş keçirməyə, ictimai təhlükəsizliyi və hüquq qaydasını pozmağa sövq etmişlər.
Görülmüş tədbirlərlə qanunsuz aksiyaya cəhdin qarşısı alınmış, onun təşkilatçılarından bir neçəsi, o cümlədən Müsavat Partiyası rayon təşkilatının sədri Heybət Əmrah, üzvləri Fikrət Əliyev, Ələddin Mirzəyev, habelə rayon sakini Nüsrət Qarayev saxlanılmış və barələrində İnzibati Xətalar Məcəlləsinin 298.2-ci (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Adları çəkilən şəxslərin hər biri rayon məhkəməsi tərəfindən 10 sutka müddətinə inzibati qaydada həbs edilmişdir”-deyə DİN-in məlumatında bildirilir.
Məlumata görə, Rayonun hüquq-mühafizə orqanları tərəfindən bu aksiyaya cəhdin digər təhrikçilərinin və fəal iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
banner

Oxşar Xəbərlər